25 
May
2022
17:25
1968

Mixeil Saakaşvilinin vəziyyəti pisləşib- O gecə saatlarında...

Dünən gecə saatlarında Mixail Saakaşvili huşunu itirib, lakin həkimlərin dərhal müdaxiləsi nəticəsində problem aradan qaldırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Dimitri Sadzaqlişvili açıqlama verib.

Vəkilin Saakaşvilinin Vivamedi klinikasına səfərindən sonra jurnalistlərə verdiyi məlumata görə, bu, ümumi zəiflikdən yaranan huşunu itirmə anı olub.

"Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini ziyarət etdim və onunla söhbət zamanı dünən gecə saatlarında huşunu itirdiyini öyrəndim, lakin həkimlərin dərhal müdaxiləsi bu problemi aradan qaldırdı, buna görə o, təcili tibbi yardım üçün tibb işçilərinə minnətdardır. O, Rustavi 12-ci Cəzaçəkmə Müəssisəsində olsaydı, nə baş verə bilərdi təsəvvür etmək istəmirik. O, eyni vəziyyətdədir, huşunu itirəndən sonra özünə gəlib və əvvəlki kimidir" - Sadzaqlişvili bildirib.

Onun sözlərinə görə, Mixail Saakaşvili ilə bugünkü görüşdə onlar məhkəmə qərarı barədə danışıblar, ona əsasən, ekspertlərə 5 aylıq gözləntidən sonra Mixail Saakaşvili ilə görüşə icazə veriləcək.

Sadzaqlişvilinin sözlərinə görə, onun məhkəmə qərarının penitensiar xidmətə nə vaxt çatdırılacağı barədə məlumatı yoxdur.

"Məhkəmə başa çatdıqdan sonra məhkəmə ilə əlaqə saxladıq, məhkəmə qərarından çox az vaxt keçsə də, hələ ki, yazılı forma yox idi. Bu prosedur tezliklə həll olunacaq", - Sadzaqlişvili bildirib.

Məlumat üçün bildirək ki, Mixail Saakaşvilinin işinin hakimi Nino Çaxnaşvili penitensiar xidmətə "Empatiya" Mərkəzinin ekspertlərini Saakaşvilinin yanına buraxmağı tapşırıb. Vəkillər müvafiq vəsatətlə Tbilisi Şəhər Məhkəməsinə müraciət ediblər.

Xatırlatmaq istərdik ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq 14-cü gündür ki, Vivamedi Tibb Mərkəzindədir. Ədliyyə Nazirliyi keçmiş prezidenti müayinə və müvafiq müalicə üçün Vivamedi klinikasına köçürməyi təklif etdikdən sonra Mixail Saakaşvili Vivamediyə köçürülüb.

Bizimlə əlaqə saxlayın