17 
Iyn
2020
07:33
567

Pekində koronavirusa yoluxma sayı artır

Çin paytaxtında ötən gün 31 nəfərdə COVID-19 yoluxma qeydə alınıb.

“İnterpress" xəbər verir ki, bu barədə şəhərin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb.

Yeni yoluxanların heç biri xaricdən gələn ölkə vətəndaşı deyil.

Son məlumata görə, şəhərdə pandemiya dövründə koronavirus infeksiyasına 577nəfər yoluxub, 411 nəfər sağalıb, 9pasiyent isə ölüb.

Bundan başqa şəhərdə COVID-19 infeksiyasının yeni ocağının aşkarlanması səbəbindən şəhərdə fövqəladə hazırlıq dərəcəsi 2-ci səviyyəyə qaldırılıb.

Qeyd edək ki, Pekində Asiyanın ən böyük ərzaq topdansatış bazarı olan “Sinfadi” ilə əlaqəli ilk COVID-19 yoluxması aşkarlanıb. Paytaxt ilə qonşu olan Hubey, Siçuan və Liaonin vilayətlərində də “Sinfadi” bazarı ilə bağlı olan yoluxma halları müəyyən edilib.

Bizimlə əlaqə saxlayın