Mayın 21-də Tbilisidə qətlə yetirilən 31 yaşlı Sopo Kvaraçxeliyanın meyiti ekspertizadan sonra Zuqdididə ata evinə təhvil verilib.
InterPress.ge xəbər verir ki, qətl zamanı Sopo Kvaraçxeliya və Salome Kvaraçxeliya, onun oğlu və mərhumun iki uşağı avtobusda olublar.
“Sofonun bacısı Salome və anası Xatuna Naçkebia Tbilisidə idilər, Salomenin oğlunu həkimə aparmışdılar. Salome faktın şahidi oldu, bu, saniyələr içində oldu. Uşaqlar şokdadırlar. Soponun anası onun öldüyünü bilmir, onun yaralı olduğunu bilir.
Ürək tutması ilə xəstəxanaya aparıldı, vəziyyəti ağırdır... Sopo ağıllı, savadlı, uşaqlarını sevən bir ana idi, - Kvaraçxeliyanın qonşusu deyib.
