22 
May
2022
13:00
1628

İctimai nəqliyyatda həyat yoldaşını öldürən şəxsin vəkili açıqlama verdi

"Faktları xatırlaya bilmir, baş verənlərə görə çaşqındır, təəssüflənir və nələrin baş verdiyini anlamaqda çətinlik çəkir".

InterPress.ge xəbər verir ki, bu barədə həyat yoldaşını ictimai nəqliyyatda qətlə yetirməkdə təqsirli bilinərək saxlanılan şəxsin vəkili Sulxan Komaxidze məlumat verib.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsin nə vaxt ittiham olunacağı hələlik məlum deyil.

“Hələlik heç bir ittiham irəli sürülməyib və bunun nə vaxt olacağı barədə məlumatımız yoxdur, bu barədə prokuror qərar verəcək.  Mən onunla [saxlanılan şəxslə] görüşdüm və o, faktları xatırlamır, baş verənlərdən təəccüblənir, peşmandır və baş verənləri anlamaqda çətinlik çəkir”, - Sulxan Komaxidze bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tbilisinin Quramişvili prospektində gənc qadın qısqanclıq zəminində əri tərəfindən qətlə yetirilib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cari il mayın 21-də Tbilisinin Quramişvili prospektində, ictimai nəqliyyatda qısqanclıq zəminində həyat yoldaşı - 1991-ci il təvəllüdlü S.K.-ya soyuq silahla çoxsaylı xəsarətlər yetirib.  Qadın hadisə yerində dünyasını dəyişib. Hüquq-mühafizə orqanları cinayətdə təqsirləndirilən şəxsi hadisə yerində yaxalayıb.  Cinayətin silahı - bıçaq maddi sübut kimi götürülüb.

Bu cinayətə görə 13 ildən 17 ilə qədər həbs cəzası nəzərdə tutulur.

 

Bizimlə əlaqə saxlayın