22 
May
2022
07:38
1054

Xüsusi Penitensiar Xidmət Mixeil Saakaşvili və Nika Qvaramia ilə bağlı məlumat yaydı

Xüsusi Penitensiar Xidmət Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili və Mtavari Arxinin baş direktoru Nika Qvaramia ilə bağlı bəyanat yayıb.

InterPress.ge xəbər verir ki, bəyanatda bəzi KİV-lərin Saakaşvili və Qvaramia haqqında yalan məlumatlar yaydıqları bildirilib.

“Bəzi KİV-lər tərəfindən yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayılır ki, bu da cəmiyyətdə reallıqdan fərqli təsəvvürün formalaşmasına şərait yarada bilər. 

Mayın 19-da məhkum Mixeil Saakaşvili planlı yüksək texnologiyalı müayinədən keçib, o, palatada olmayıb. Bu barədə məlumat verilsə də, vəkil Şota Tutberidze tibbi müayinənin başa çatmasını gözləməyərək klinikanı tərk edib və media ilə söhbətində Xüsusi Penitensiar Xidməti müdafiə etdiyi şəxsə məhdudiyyətlər qoymaqda günahlandırıb.

Məhkum M.Saakaşvilinin penitensiar sistemdə olduğu müddətdə Elis Maria Saakaşvili ilə görüşünə icazə verilməməsi barədə deyilənlər yalandır. 18 may 2022-ci il tarixinədək Xüsusi Penitensiar Xidmətə heç kim belə bir müraciətlə müraciət etməyib. Ziyarət tələbindən ertəsi gün, 2022-ci il mayın 19-da Elis Maria Saakaşvili anası ilə birlikdə Mixeil Saakaşvilini mülki sektor klinikasında ziyarət etdi.

Burada bəzi KİV-lərin yaydığı məlumatlara cavab vermək istərdik ki, guya məhkum N.  Qvaramia 12 saylı cəzaçəkmə müəssisəsində bir nəfərlik kameradadır.

Vurğulayırıq ki, N. Qvaramia cəzaçəkmə müəssisəsinə daxil olduğu gündən onun hüquqları barədə məlumatlandırılıb. O, öz istəyi ilə müəssisənin standart kamerasında təkdir və bunu müvafiq sənədlərlə təsdiqləmək mümükündür.

Xüsusi Penitensiar Xidmət ictimaiyyəti çaşdırmanın qarşısını almaq üçün hər kəsi bir daha yoxlanılmamış, birtərəfli və qeyri-dəqiq məlumat yaymaqdan çəkinməyə çağırır”, - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın