21 
May
2022
21:43
451

İrakli Ğaribaşvili: "Təəssüf ki, Ukrayna hakimiyyətinin açıqlamasının məqsədi Gürcüstanda ikinci cəbhə yaratmaq idi"

"Bu, növbəti tam cəfəngiyyat, böhtan, məsuliyyətsizlik və çirkin təbliğatdır. Biz sanksiyalardan yan keçmək, ərazimizdən istifadə etmək üçün heç bir sanksiya tətbiq edilmiş şirkət və ya şəxslərin Gürcüstanda fəaliyyət göstərməsinə icazə verməyəcəyik. Bu, bizim bəyan etdiyimiz siyasətdir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ukrayna Prezidentinin Aparat rəhbəri Andrey Ermakın Atlantik Şuraya verdiyi bəyanata cavab olaraq bildirib.

Ğaribaşvilinin qeyd etdiyinə görə, Ukrayna Gürcüstanda ikinci cəbhə əldə yarada bilmədiyi üçün üzülür.

"Tam cəfəngiyyat, böhtan, məsuliyyətsizlik və çirkin təbliğat. Başqa nə demək olar? Biz dəfələrlə demişik ki, tərəfdaşlarımızla tam koordinasiyadayıq. Biz sanksiyalardan yan keçmək, ərazimizdən istifadə etmək üçün heç bir sanksiya tətbiq edilmiş şirkət və ya şəxslərin Gürcüstanda fəaliyyət göstərməsinə icazə verməyəcəyik. Bu, bizim bəyan etdiyimiz siyasətdir. Biz tərəfdaşlarla daim məlumat mübadiləsi aparırıq və bununla bağlı heç bir sual olmamalıdır. Xüsusən də Ukrayna tərəfinə heç bir sübut, fakt təqdim olunmayanda. Bu nədən xəbər verir?- Başa düşürəm ki, onlar ikinci cəbhəni qəbul edə bilmədiklərinə və etməyəcəklərinə görə üzülüblər, çünki biz ilk növbədə ölkəmizin maraqlarını düşünürük. Ən böyük faciə odur ki, siyasətçilər öz ölkələrinin deyil, başqalarının mənafeyini düşünürlər. Biz Ukrayna tərəfindən sübut təqdim etməyi xahiş etdik. Ancaq mənbələrimizdən məlumat aldıq ki, bu, həqiqətlə heç bir əlaqəsi olmayan siyasi bəyanatdır. Bu, qəti şəkildə qəbuledilməzdir. Mən bir daha Ukrayna ilə həmrəylik nümayiş etdirmək istəyirəm. Gürcüstan burada da ən güclü xarakter nümayiş etdirdi və 190 ölkə arasında Ukraynaya ən çox yük göndərən bizik", - Ğaribaşvili deyib.

Eyni zamanda Ğaribaşvili qeyd edib ki, Ukrayna Gürcüstanda ikinci cəbhəni heç vaxt qəbul etməyəcək, çünki hökumət buna imkan verməyəcək.

"Təəssüf ki, Ukrayna hakimiyyətinin  məqsədi Gürcüstanda ikinci cəbhə açmaq olub. Bunu Ukrayna Təhlükəsizlik Şurasının katibi açıqlayıb. Həm də cənab Aretoviç çıxıb dedi ki, Saakaşvili hakimiyyətdə olsaydı, Rusiya ilə müharibəyə gedəcək, ölkəni onların istəyinə, məqsədinə qurban verəcək. Təbii ki, onlar bunu qəbul edə bilməzdilər və heç vaxt da etməyəcəklər, çünki bu gün biz hakimiyyətdəyik və buna imkan verməyəcəyik. İnsanlarımızın çoxu müharibənin qiymətini bilir. Biz 30 ildə üç dəfə döyüşmüşük və ölkənin başına min bəla gəlib, ərazilərimiz işğal olunub, ərazimizdə rus qoşunları dayanıb. Bütün bunlar Saakaşvilinin hakimiyyəti dövründə yaradılmış reallıqdır”, - Ğaribaşvili bildirib.

Məlumat üçün bildirək ki, Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Ermak Atlantik Şuradakı çıxışından sonra ikinci dərəcəli sanksiyalarla bağlı suala cavabında deyib ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalardan yan keçməyə kömək edən ölkələrin "qara siyahısı"ndadır.

 

Bizimlə əlaqə saxlayın