21 
May
2022
00:19
1998

Borjomidə "Son zəng" qeyd edən məzunların törətdikləri qəza nəticəsində çaya düşən avtomobili çıxarmağa çalışırlar - VİDEO

Sosial şəbəkədə Borjomidə qəza nəticəsində çaya düşən, məzunların içində olduğu avtomobili çıxarmağa çalışılan görüntülər yayılıb.

InterPress.ge xəbər verir ki, Borjomidə "Yaşıl Monastır" yaxınlığında baş verən qəzada yaralanan 3 gənc Borjomidə GeoHospitals-a aparılıb. Həkimin sözlərinə görə, onların həyatı üçün təhlükə yoxdur.

"Hadisə yerindən 3 gənc gətirilib. Onlardan biri qız, ikisi oğlandır. Hər üçü lazımi müayinələrdən keçib. Oğlanların bədənində səthi zədələr, cızıqlar var. Onların həyatı təhlükədə deyil. Qızın sağ çanaq sümüyü sınıb və əməliyyat planlaşdırılır. Yəqin ki, yaxın bir neçə saat ərzində oğlanları evə buraxacağıq" dedi həkim.

İlkin məlumata görə, yüksək sürətlə hərəkət edən iki avtomobil bir-biri ilə toqquşub, onlardan biri Kür çayına düşüb.

Hadisə şahidləri bildirirlər ki, əks istiqamətdə hərəkət edən iki avtomobildən biri qəza törətməmək üçün kənara çıxıb, nəticədə sürücü sükanı döndərə bilməyib və dərəyə düşüb. Maşında dörd gənc olub.

Avtomobil qəzası bu gün, mayın 20-də baş verib. Qəza nəticəsində 17 yaşlı Luka Lekiaşvili yerindəcə dünyasını dəyişib.

 

Bizimlə əlaqə saxlayın