20 
May
2022
22:00
421

"Sadaxlı- Avtomobil" dövlət sərhədində külli miqdarda dərman preparatlarının qanunsuz idxalının qarşısı alınıb

 "Sadaxlı-Avtomobil" dövlət sərhədindən külli miqdarda dərman preparatlarının qanunsuz idxalı faktının qarşısı alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən məlumat verilib. 

Nazirlikdən verilən məlumata görə, gömrükçülər Gürcüstan vətəndaşının idarə etdiyi avtomobilə şübhə əsasında ətraflı baxış nəticəsində 79 adda dərman preparatları aşkar ediblər.

Sözügedən vətəndaşın avtomobilinin salonunda, əvvəlcədən hazırlanmış gizli yerlərdə dərman preparatları olub.

Gəlirlər Xidmətinin məlumatına görə, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 76 879,53 lari təşkil edib.

İş materialları əlavə cavab vermək üçün Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.

Bizimlə əlaqə saxlayın