Borjomidə avtomobil qəzası nəticəsində 17 yaşlı gənc ölüb, 3 nəfər isə yaralanıb.
InterPress.ge xəbər verir ki, hadisə "Yaşıl monastır"ın yaxınlığında baş verib.
Gənclər Son zəng qeyd edirdi.
Məlumata görə, yüksək sürətlə hərəkət edən iki avtomobil bir-biri ilə toqquşub, onlardan biri Kür çayına düşüb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma aparılır.
