20 
May
2022
16:43
363

Saakaşvilinin məhkəməsi təxirə salınıb

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 7 noyabr işi üzrə məhkəməsi təxirə salınıb.

lnterPress.ge xəbər verir ki, iclas 20 iyun, saat 13:00-da keçiriləcək.

Məhkəmə prosesində “Vivamedi” klinikasından arayış təqdim edilib və ona əsasən, məhbus səhhətinə görə məhkəmə iclasına gələ bilməyib. Həmçinin prosesdə Xüsusi Penitensiar Xidmətin tərtib etdiyi protokolda Mixail Saakaşvili qeyd edib ki, onun iştirakı olmadan iclas keçirilməyəcək. Ona prosesdə distant formada iştirak etməsi də təklif edilib lakin protokola görə, keçmiş prezident bundan imtina edib.

Bu gün keçirilən prosesdə də təqsirləndirilən şəxslər - Zurab Adeişvili və Davit Kezeraşvili barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, qüvvədə qalıb.

Məlumat üçüçn bildirək ki, dövlət ittihamnaməsində Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkaçişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham olunur.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu işdə Saakaşvili ilə birlikdə Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava da ittiham olunur.

Bizimlə əlaqə saxlayın