20 
May
2022
12:21
411

Polis altı nəfəri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Kaxeti, Sameqrelo və İmereti şəhərlərində qanunsuz odlu silah və döyüş sursatı götürülüb, 6 nəfər saxlanılıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları, qanunsuz olaraq odlu silah əldə etmək və saxlamaq ittihamı ilə, 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş şəxsiTbilisidə saxlayıblar.

Hakimin qərarı əsasında saxlanılan şəxsin mənzillərinə baxış zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən maddi sübut kimi iki müxtəlif növ odlu silah və 15 patron götürülüb.

Acariya Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə Batumidə 1989-cu il təvəllüdlü şəxsi saxlayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı maddi sübut kimi odlu silah və 5 ədəd patron götürüblər.

Kaxeti Polis İdarəsinin Telavi rayon şöbəsinin əməkdaşları, Telavi bələdiyyəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirmək ittihamı ilə keçmişdə məhkum olunmuş 1992-ci il təvəllüdlü şəxsi saxlayıblar. Polis təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı 3 odlu silah və 23 patron götürüb.

Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin və Zuqdidi rayon şöbələrinin rayon müfəttişlərinin əməkdaşları, müxtəlif vaxtlarda 1972-ci il və 1989-cu il təvəllüdlü iki nəfəri saxlayıblar.

Onlar qanunsuz olaraq odlu silah və döyüş sursatı almaqda və saxlamaqda ittiham olunurlar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Mestia Bələdiyyəsinin kəndlərindən birində T.K.-nın evinə baxış zamanı avtomat silah və 30 ədəd patron, Zuqdididə G.D-nin evinə baxış nəticəsində isə, avtomat odlu silah və 75 ədəd patron maddi sübut kimi götürüblər.

İmereti, Raca-Leçxumi və Kvemo Svaneti polis idarəsinin Xoni rayon şöbəsinin əməkdaşları eyni ittihamla Xonidə 1979-cu il təvəllüdlü şəxsi saxlayıblar. Polis təqsirləndirilən şəxsin evində və köməkçi anbarında apardığı axtarışlar nəticəsində sübut kimi aşkar edib: Makarov sistemli tapança və 99 patron.

Cinayətlər üç ildən yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü və dördüncü hissələri ilə qanunsuz olaraq odlu silah və döyüş sursatının alınması, saxlanması və daşınması halları üzrə istintaq aparılır", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın