19 
May
2022
21:07
649

ABŞ prezidenti: "Bu iki ölkə NATO-nun bütün tələblərinə cavab verir"

 "İsveç və Finlandiya NATO-nun bütün tələblərinə cavab verir və müdafiə alyansında iki yeni üzv olması təhlükəsizliyi gücləndirəcək."

InterPress.ge xəbər verir ki, bu barədə
ABŞ prezidenti Co Bayden Ağ Evdə İsveçin baş naziri Maqdalena Anderson və Finlandiya prezidenti Saul Niinisto ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz ortaq dəyərləri dəstəkləmək və dünyaya rəhbərlik etmək üçün alətlərə və resurslara, aydınlığa və inama malik olan canlanmış NATO-dan danışırıq. İsveç və Finlandiya artıq bir sıra məsələlərdə ən yaxın tərəfdaşlarımız arasındadır", - Bayden deyib.

ABŞ prezidenti NATO-ya daxil olmaqla yanaşı, finlandiyalı həmkarı və İsveçin baş naziri ilə Ukraynada davam edən müharibəni və transatlantik təhlükəsizliyin gücləndirilməsini müzakirə edib.

Bizimlə əlaqə saxlayın