19 
May
2022
15:10
316

Borjomi səhmlərinin bir hissəsini Gürcüstan hökuməti ala bilər

IDS Borjomi-nin sahibi olan şirkət öz səhmlərinin bir hissəsini Gürcüstan hökumətinə pulsuz verməyə hazırdır.

lnterPress.ge xəbər verrir ki, bu barədə “Borjomi Gürcüstan” şirkəti məlumat yayıb.

Şirkətin fikrincə, bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarə edilməsində iştirak etməyə imkan verəcək.

“İDS BORJOMI İnternational bu gün elan edib ki, Gürcüstan hökuməti ilə danışıqlardan sonra,  onun nəzarət şirkəti Gürcüstan hökumətinə səhmlərin bir hissəsinin pulsuz verilməsi ilə bağlı rəsmi təklif təqdim edib. Bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarə edilməsində iştirak etməyə imkan verəcək.

Bölgədə baş verən son mənfi hadisələrə görə, IDS BORJOMI İnternational-ın işində fasilələr və bank xidmətləri ilə bağlı çətinliklər olub, bu da şirkəti Borjomi şəhərindəki qablaşdırma zavodlarında istehsalı dayandırmağa məcbur edib. Nəticədə mindən çox insan işini itirmək təhlükəsi ilə üzləşib.

Gürcüstan hökuməti IDS BORJOMI İnternational şirkətinə məxsus şirkətin təklifi ilə  razılaşdığı halda, IDS Borjomi Gürcüstan zavodlarda istehsal prosesini və təsərrüfat fəaliyyətini bərpa edə biləcək ", - deyə məlumatda qeyd olunub.

 

 

Bizimlə əlaqə saxlayın