Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Gürcüstanda oğru dünyası ilə əlaqədar 9 nəfər saxlanıldı

741
Gürcüstanda oğru dünyası ilə əlaqədar 9 nəfər saxlanıldı
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə vətəndaşlar arasında yaranan maliyyə…

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Baş Prokurorluqla birlikdə vətəndaşlar arasında yaranan maliyyə mübahisələrini "oğru qaydası ilə həll" faktını aşkar ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə qurumda keçirilən brifinqdə məlumat verilib.

Brifinqdə deyildiyinə görə,  hakim qərarı əsasında həyata keçirilən kompleks əməliyyat və gizli istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanları Tbilisi, Acara, İmereti və Sameqreloda "oğru dünyası" ilə bağlı 9 nəfəri saxlayıblar, 7 nəfər isə qiyabi ittiham olunub.

“Oğru dünyası”na üzv olmaq ittihamı ilə bu şəxslər saxlanılıb: 1978-ci il təvəllüdlü R.K., 1992-ci il təvəllüdlü B.Z., 1993-cü il təvəllüdlü Z.Ç. və 1971-ci il təvəllüdlü Q.A.

"Oğru dünyası"na üzv olmaq üçün müraciət etmək ittihamı ilə hüquq-mühafizə əməkdaşları bu şəxsləri saxlayıb: 1984-ci il təvəllüdlü N.K., 1970-ci il təvəllüdlü İ.M., 1993-cü il təvəllüdlü T.B. və 1986-cı il təvəllüdlü G.S.

1980-ci il təvəllüdlü E.P. (“Paço” ləqəbli) “oğru dünyası”nın fəaliyyətini dəstəkləmək ittihamı ilə saxlanılıb.

1972-ci il təvəllüdlü T.Q. (“Temo Sxumski” ləqəbli) – "qanuni oğru" ittihamı ilə, həmçinin ləyaqəti alçaldan və qeyri-insani rəftara görə qiyabi ittiham olunub. “Oğru dünyası”na üzvlüyünə, həmçinin insan ləyaqətini alçaldan və qeyri-insani rəftara görə - 1984-cü il təvəllüdlü M.Q.,  1986-cı il təvəllüdlü V.Ç, və  1991-ci il təvəllüdlü D. U. "oğru dünyası"na üzvlük üçün, 1979-cu il təvəllüdlü D.C.- “oğru dünyasının” üzvünə müraciət etmək, 1987-ci il təvəllüdlü K. T. (ləqəbi "Enço") və 1970-ci il təvəllüdlü T.X. (ləqəbi "Ginka" ) - "qanuni oğurluq" ittihamı ilə qiyabi ittiham olunub.

Cinayətlərə görə 3 ildən 15 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

"Qanuni oğurluq", "oğru dünyası"na üzvlük, "oğru dünyası"nın üzvünə müraciət, "oğru dünyası"na dəstək faktları üzrə araşdırma aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →