19 
May
2022
14:06
9269

Məktəblərdə bu fənn məcburi olacaq

Gürcüstanın təhsil və elm nazirinin əmri ilə milli kurikulumda dəyişikliklər edilib.

InterPress.ge xəbər verir ki,  mayın 19-da verilən əmrdə deyilir ki, şahmat riyaziyyat fənn qrupunda icbari fənndir, baxmayaraq ki, bütün məktəblərdə onu tədris etmək mümkün olmayacaq.

2022-ci ilin sentyabrında məktəblərə şahmat fənni əlavə edilməlidir.

"Şagirdlərin sosial-emosional və idrak inkişafını, sistemli və strateji düşüncə, analitik, məntiqi və qərar bacarıqlarını inkişaf etdirmək üçün, həmçinin Avropa İttifaqının təhsil sisteminə “Məktəbdə şahmat” proqramının tətbiqi ilə bağlı bəyannaməsini nəzərə alaraq, ibtidai təhsilin birinci sinfində icbari fən kimi şahmat əlavə edilsin”, - Mixeil Çxenkelinin əmrində deyilir.

Yeni qaydaya əsasən, şahmat birinci sinifdə öyrədilməlidir, ancaq əmrdə qeyd olunub ki, birinci sinifdə məktəbdə şahmat üzrə lazımi hazırlıqlı müəllim varsa, şahmat məcburi olacaq.

Nazirin yeni əmrində “Kompüter texnologiyaları” fənninin icbari tədrisi də qeyd olunub.

Məktəblər II, III və IV siniflər üçün 1 saatlıq yüklə 2020-2021 tədris ilinin ikinci semestrindən "Komputer Texnologiyaları"nı əlavə edə bilərlər, ancaq bu, 2021-2022-ci tədris ilindən icbari olacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər