19 
May
2022
12:59
258

Saakaşviliyə dəstək aksiyası keçirilir

“Vivamedi” klinikasında keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir. Etirazçılar Saakaşvilinin müalicə üçün Polşaya köçürülməsini tələb edirlər.

lnterPress.ge xəbər verrir ki, aksiyanın təşkilatçılarından biri İrakli Pavlenişvili bildirib ki, Mixail Saakaşvilinin Vivamedidə qalmasından bir həftə sonra onun tərəfdarları keçmiş prezidentin səhhətindən xəbərsizdirlər.

“Bizdən başqa Mixail Saakaşvilinin Polşaya transferini bu ölkənin siyasi rəhbərliyi və avropalı parlamentarilər də tələb edirlər. Onun səhhətinin vəziyyəti ağırdır. Amnesty İnternational, ABŞ Dövlət Departamenti və digər nüfuzlu beynəlxalq aktorlar da daxil olmaqla hamı bu şəxsin qeyri-insani rəftara məruz qaldığını sübut etdi. Ona görə də o, Polşaya köçürülməlidir”, -   deyə Favlenişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər