19 
May
2022
12:04
200

Yanvar-aprel aylarında Gürcüstandan mal ixracının həcmi 1 587,5 mln. ABŞ dolları təşkil edib

2022-ci ilin yanvar-aprel aylarında Gürcüstandan mal ixracının həcmi (bəyan edilməmiş ixrac kateqoriyası) 1 587,5 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz çoxdur.

InterPress.ge xəbər verir ki, bu, Mili Statistika Xidmətinin hesabatında qeyd olunub.

Məlumata əsasən, daxili ixrac (təkrar ixrac istisna olmaqla) ümumi ixracın 76,1 faizini təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,1 faiz artaraq 1 207,6 mln.  ABŞ dollarına bərabər olub.

“2022-ci ilin yanvar-aprel aylarında Gürcüstanın ümumi daxili ixracında on ən böyük ölkənin payı 79,7 faiz təşkil edib. Bu baxımdan ən böyük ixrac tərəfdaşları bunlardır: Çin (277,2 milyon ABŞ dolları), Rusiya (138,3 milyon ABŞ dolları) və Bolqarıstan (128,8 milyon ABŞ dolları). 2022-ci ilin yanvar-aprel aylarında yerli ilk on ixracatda mis filizləri və konsentratları ilk sırada gələrək 363,3 milyon ABŞ dolları təşkil edib, qeyd olunun məhsul qrupunun ümumi daxili ixracatdakı payı yüzdə 30,1-dir. İkinci yerdə 195,4 mln. ABŞ dolları ilə ferroərintilər (ümumi yerli ixracın 16,2 faizi), üçüncü yerdə isə 128,3 mln. ABŞ dolları ilə azot gübrələri gəlir (ümumi yerli ixracın 10,6 faizi)”, - məlumatda bildirilib.

Bizimlə əlaqə saxlayın