19 
May
2022
10:53
392

Taksilər üçün xüsusi yerlər təşkil ediləcək

Mikroavtobus nəqliyyat vasitələrinin hərəkət etməsi üçün nəzərdə tutulmuş xəttin ətraf ərazisində taksi saxlamaq üçün xüsusi yerlər təşkil olunacaq.

InterPress.ge xəbər verir ki, müvafiq qanunvericilik dəyişiklikləri paketini Regional Siyasət və Özünüidarə Komitəsi birinci oxunuşda müzakirə edib.

Dəyişikliyə əsasən, taksilər nəqliyyatın və sərnişinlərin təhlükə altında qalmaması üçün sərnişinləri xüsusi ayrılmış ərazilərdə düşürə biləcək. 

Məsələni təqdim edərkən deputat Maia Bitadze bildirib ki, nəqliyyat siyasətində qanunvericiliyə edilən dəyişikliklərin əsas məqsədi M1 kateqoriyalı avtomobillər üçün sərnişinlərin avtobus zolağında təhlükəsiz mindirilməsi və endirilməsi məsələlərinin tənzimlənməsi və parkinq sisteminin təkmilləşdirilməsdir.

Maia Bitadzenin sözlərinə görə, dəyişiklik həm də cərimələrin tənzimlənməsini, parkinq sisteminin düzgün işləməsinə mane törədilməsi hallarında yeni cərimələrin tətbiq edilməsini nəzərdə tutur. Qanun layihəsinə əsasən, səkidə və ya piyada yolunda dayanma və ya durma halında cərimə 10 laridən 50 lariyə qaldırılacaq. Həmçinin, parkinq qaydalarının pozulması avtomobilin xüsusi mühafizə olunan dayanacağa aparılmasına səbəb olacaq.

Bizimlə əlaqə saxlayın