19 
May
2022
10:37
1498

Marneuli bələdiyyəsində orta yaşlı kişinin intiharı ilə bağlı rəsmi açıqlama verildi

Xüsusi İstintaq Xidməti R.B-nin Marneulidə intihar etməsi və hüquq-mühafizə orqanlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115 və 333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə fəal şəkildə araşdırır.

lnterPress.ge xəbər verrir ki, Xüsusi İstintaq Xidməti bəyanat yayıb.

Bildirilir ki, hadisə yerində işə baxış keçirilib, mərhumun geyimi və ekspertizaya lazım olan nümunələr də daxil olmaqla mühüm sübutlar götürülüb və mərhumun qardaşı dindirilib. Vətəndaş R.B-nin Marneuli polis bölməsində qaldığı videoçəkilişlərlə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. Məhkəmə-tibbi, traoloji və bioloji ekspertizalar təyin edilir.

"Xüsusi İstintaq Xidməti işin hallarının müəyyən edilməsi üçün zəruri olan bütün prosessual və istintaq hərəkətlərini vaxtında həyata keçirəcək. Daxili İşlər Nazirliyinin Marneuli rayon şöbəsinin əməkdaşları da dindirilir.

Xüsusi İstintaq Xidməti R.B-nin ailə üzvlərinin davam edən istintaqa cəlb olunmasını təmin edəcək və onlara iş materialları ilə tam tanış olmaq imkanı verəcək".

Bizimlə əlaqə saxlayın