18 
May
2022
21:52
2349

İçində altı Gürcüstan vətəndaşının olduğu mikroavtobusun uğradığı qəza ilə bağlı Xarici İşlər Nazirliyi məlumat yayır

 Türkiyədə Gürcüstan vətəndaşlarının xəsarət almasına səbəb olan qəza ilə bağlı Gürcüstanın Trabzondakı Baş Konsulluğuna məlumat verilib.

InterPress.ge xəbər verir ki, bu barədə
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumat verilib.

Onların məlumatına görə, xəsarət alan 6 vətəndaşdan 1-i dünyasını dəyişib və onun cəsədi artıq vətənə gətirilib, digər 5 nəfərin isə müxtəlif klinikalarda müalicəsi davam etdirilir.

“Baş Konsulluğun nümayəndələri xəsarət alan bütün vətəndaşlara baş çəkib, onların sağlamlıq vəziyyəti ilə bağlı ətraflı məlumat alıblar. Trabzondakı Baş Konsulluq həm xəsarət alanların ailə üzvləri, həm də onları müalicə edən həkimlərlə daim əlaqə saxlayır.

Bu gün Acarıstan Muxtar Respublikasının səhiyyə və sosial məsələlər naziri Nino Nijaradzenin Trabzon şəhərinə səfəri planlaşdırılır və o, baş konsul Qela Gaparidze ilə birlikdə xəsarət alan vətəndaşlara baş çəkəcək", - Xarici İşlər Nazirliyindən bildiriblər. 

Bizimlə əlaqə saxlayın