17 
May
2022
13:22
1279

Ceyhun Məhəmmədəli: "Həbs edilən bu gün Nika deyil, həbs edilən Rusiyanın qulu olan İvanişvilinin özüdür" - VİDEO

"Həbs edilən bu gün Nika deyil, həbs edilən Rusiyanın qulu olan İvanişvilinin özüdür".

lnterPress.ge xəbər verir ki, bu sözləri Formula telekanalının efirində Nika Qvaramiyaya həsr olunmuş "Nika Qvaramiya azadlıq" adlı verilişdə Ceyhun Məhəmmədəli deyib.

O, çıxışı zamanı Nika Qvaramianın necə bir telekanal rəhbəri olduğundan danışıb.

"Bu emosiya fonunda Nika haqqında danışmaq çox çətindir. Sadəcə Nikaya təşəkkür sözlərimlə başlamaq istəyirəm. Nikaya çox təşəkkür edirəm. Təəssüf ki, bu gün böyük ehtimalla bizi izləyə bilməyəcək, onun olduğu yerdə bu imkanlar yaradılmayıb. Amma yenə də Nikaya təşəkkür etməliyəm ki, bu gün mən bu ailənin üzvlərindənəm, ya da müxtəlifliyin bir parçasıyam, Nika olmasaydı, yəqin ki, bu gün bu ailənin üzvü olmazdım. Bu gün mən Gürcüstanın müxtəlifliyini zənginləşdirən icmanın nümayəndəsiyəm. Mən eyni zamanda bu mövzunun səsiyəm, bu ölkədə çoxşaxəli etnik azərbaycanlının səsini yüksəltmək imkanını bizə verdiyi üçün Nikaya təşəkkür edirəm. Mən Nikaya xüsusilə təşəkkür edirəm ki, bu gün bunu etmək imkanım var. Nika təkcə yaxşı menecer deyildi, həm də çox gözəl insan və çox gözəl dost idi. Nika olub və var. Nika nə üçün çox yaxşı insan və çox yaxşı dostdur, çünki mən bunu şəxsi təcrübəmdə hiss etdim, “Gürcü arzusu”nun tərəfdaşları mənə hücum edəndə, yanımda Nika Qvaramia var idi. O an vəziyyətim çox pis idi. Nika mənə dedi ki, səni darıxdıran nədir, nə istəyirsən Anamın xəstə olduğunu dedim. Anamın o vəziyyətində yanında  ilk olaraq Nika var idi. Bunların hamısı boş sözlər deyil, ən güclü hiss idi".

"Ölkənin üçüncü prezidenti həbs olunanda mənim üçün çox çətin vəziyyət idi, mən bir şey etmək istədim, amma nəsə etmək imkanımız yox idi, bu gün də eyni vəziyyətdir. Nika çətin vəziyyətimdə yanımda idi və bu gün mən də Nikanın yanında olmaq istəyirəm. Sofi xanıma demək istəyirəm ki, siz tək deyilsiniz, ailəniz tək deyil. Bütün Gürcüstan, milyonlarla Gürcüstan vətəndaşı, Ceyhun sizin yanınızdadır. Nika da tək deyil və biz hamımız güclü ailəyik. Bu ailədən əlavə, Gürcüstan adlı çox böyük bir ailə var və sizin ailənizinin yanındadır və Nika tezliklə azad olacaq. Nika bu gün məhkum deyil. Məhkum Rusiyanın qulu olan İvanişvilinin özüdür. Tezliklə gürcü xalqı Nikanı azad edəcək", - deyə Ceyhun Məhəmmədəli çıxışında qeyd edib.

Bizimlə əlaqə saxlayın