17 
May
2022
08:26
303

ABŞ senatoru: "Siyasi müxalifətin susması Gürcüstanı çox narahatedici istiqamətə aparacaq"

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Cim Riş "Mtavari Arxi"nin yaradıcısı Nika Qvaramianın həbsinə münasibət bildirib və onun siyasi motivli ittihamlarla həbs edildiyini deyib.

InterPress.ge xəbər verir ki, senator bu barədə sosial şəbəkədə yazıb.

"Gürcüstan mediasının - "Mtavari Arxi"nin direktoru Nika Qvaramia siyasi motivli ittihamlarla 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Siyasi müxalifətin susqunluğu Gürcüstanı çox narahatedici istiqamətə aparacaq. Demokratiya üçün qanunun aliliyi və azad mətbuat vacibdir”, - ABŞ senatoru yazıb.

Məhkəmə tərəfindən təqsirli bilinən “Mtavari Arxi”nin təsisçisi Nika Qvaramia məhkəmə zalında saxlanılıb. Tbilisi Şəhər Məhkəməsinin hakimi Laşa Çxikvadze Nika Qvaramianı qismən təqsirli bilib, ona təqdim edilən bəzi maddələr 220-ci maddə ilə dəyişdirilib və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizimlə əlaqə saxlayın