16 
May
2022
18:20
2366

Rusiyadan Gürcüstana pul köçürmələri rekord həddə artıb

Rusiyadan pul köçürmələri bir ayda rekord həddə 392,5% artıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.

Məlumata görə, cari ilin aprel ayında xaricdən Gürcüstana ümumilikdə 308 milyon 104 min ABŞ dolları vəsait köçürülüb ki, bunun da 132 milyon 979 min ABŞ dolları Rusiyadandır. Bu, ötən ay Rusiyadan Gürcüstana 27,001 milyon dollar, fevralda 21,944 milyon, yanvarda isə 22,382 milyon dollar köçürdüyü haldadır.

2022-ci ilin aprel ayında ən çox pul köçürdüyü ilk 10 ölkəyə gəlincə:

Rusiya - 132,979 milyon ABŞ dolları;

İtaliya - 33,396 milyon ABŞ dolları;

ABŞ - 25,019 milyon ABŞ dolları;

Qazaxıstan - 20 035 milyon ABŞ dolları;

Yunanıstan - 18 647 milyon dollar;

İsrail - 16 206 milyon dollar;

Almaniya - 11 968 milyon dollar;

Türkiyə - 8,103 milyon ABŞ dolları;

Azərbaycan - 4,969 milyon dollar;

İspaniya - 4,708 milyon ABŞ dolları;

Bizimlə əlaqə saxlayın