16 
Iyn
2020
10:15
1057

KİV: Ötən gün DTX-nın xüsusi əməliyyatla saxladığı şəxs Putinə söyən jurnalisti öldürmək istəyib

"İyunun 12-də Tbilisidə xüsusi əməliyyat zamanı saxlanılan Rusiya vətəndaşı Vasambek Bokov Çeçenistan lideri Ramzan Kadırovun tapşırığı ilə “Mtvari arxi” telekanalının jurnalisti Giorgi Qabuniyanın qətlini planlaşdırıb".

InterPress.ge xəbər verir ki, bu barədə müxalif “Mtvari arxi” (“Əsas”) telekanalının direktoru Nika Qvaramiya bəyanatla çıxış edib.

Jurnalistin qətlinə cəhdin səbəbi ötən ilin iyulunda “Rustavi-2” telekanalının efirində gedən qalmaqallı veriliş olub, bu verilişdə Qabuniya Rusiya prezidenti Vladimir Putinin ünvanına ana söyüşü söyüb. Qvaramiyanın verdiyi məlumata görə, Bokov Gürcüstanda başqa səbəblə saxlanılıb.

“Gürcüstanın terror əleyhinə xidməti Rusiya vətəndaşı, milliyyətcə inquş olan, 1982-ci il dekabrın 21-də İnquşetiyada anadan olan Vasambek Badriyeviç Bokovu saxlayıb. Həbsin rəsmi səbəbi Ramzan Kadırovun sifarişi ilə Giorgi Qabuniyanın qətlinin planlaşdırılması ilə əlaqədar deyil, bu haqda Gürcüstan hakimiyyətinə Ukrayna hüquq-mühafizə orqanlarından məlumat daxil olub”, – Nika Qvaramiya bildirib və əlavə edib ki, Qabuniya artıq bir neçə aydır ki, nəzarət altında olub.

Qvaramiyanın sözlərinə görə, Qabuniyanın öldürülməsi Ukraynada planlaşdırılıb və Ukraynadan koordinasiya edilib, idarəetmə isə Çeçenistandan həyata keçirilib.

Qvaramiya bildirib ki, əvvəlcə Gürcüstan tərəfi Ukraynadan daxil olan bu informasiyanı gürcü lobbisinin provokasiyası kimi dəyərləndirib, amma Qabuniya yenə də müdafiə ilə təmin edilib və bunu alqışlamamaq olmaz.

Çeçenistan lideri Ramzan Kadırov qalmaqallı verilişdən dərhal sonra Giorgi Qabuniyanı Vladimir Putinin ünvanına səsləndirdiyi söyüşə görə cavab verməli olacağına dair xəbərdarlıq edib. O zaman Kadırov bildirib ki, “Rusiya prezidentinə milyonlarla gənc insan hörmət edir” və gürcü jurnalistə etibarlı yerdə gizlənməyi məsləhət görüb.

Bizimlə əlaqə saxlayın