16 
May
2022
01:02
636

"Missiya" verlişində həftənin qalibi yenidən Qızılhacılı sakini Rəşan Ziyədəliyev oldu

Formula televiziyasının "Missiya" yarışması davam edir.

InterPress.ge xəbər verir ki, Marneuli rayonunun, Qızılhacılı kənd sakini  Rəşan Ziyədəliyev Formula televiziyasının "Missia" yarışmasında iştirak edir. 12 lider namizəddən Rəşan Ziyədəliyev seçilib.

Marneulini təmsil edən Rəşan Ziyədəliyev edilən zənglərlə yenə həftənin birincisi oldu. 

Rəşanın növbəti turda iştirak etməsi üçün dəstək olanlar və olmaq istəyənlər yenidən  0800 001 013 nömrəsinə zəng vuraraq Rəşana səs verə bilər.

Yarışda iştirak edən ictimai fəal gənclər mövcud olan problemlər haqda yarışmada kameralar qarşısında çıxış edirlər və həmin problemləri həll etmək istiqamətində yarışırlar. Müsabiqənin sonunda qalib gələn bir nəfər xaricdə təhsil və təcrübə və ya yerli beynəlxalq təşkilatlarda təcrübə qazanma imkanı əldə edəcək.

Zəng  bütün nömrələrdən pulsuzdur və bir nömrə ilə  yalnız bir dəfə səs vermək olur. Zəng etdiyiniz zaman gürcü dilində "zənginiz qəbul olundu" deyiləcək və səsiniz qeyd olunacaq. Zəng pulsuzdur. Zəngi 24 saat ərzində istəlinən zaman edə bilərsiniz.

Məlumat üçün bildirək ki, növbəti dəfə səs vermə mayın 23-dən başlayacaq.

Bizimlə əlaqə saxlayın