14 
May
2022
21:53
443

Tbilisidə "Qanun" hüquqi yardım mərkəzi fəaliyyətə başladı

14 may tarixində paytaxt Tbilisidə "Qanun" hüquqi yardım mərkəzi fəaliyyətə başladı.

InterPress.ge xəbər verir ki, hüquqi yardım mərkəzinin ofisi Tbilisidə Kazbeqi 44 küçəsində yerləşir.


mərkəzin təsisçisi, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri və Qafqaz beynəlxalq universtetinin hüquq elmləri üzrə doktorantı Əli Bədirov media qarşısında  çıxış edərək mərkəzin gələcək fəaliyyəti barədə məlumat verdi.

Müsahibədə ümumi hüquq üzrə Əli Bədirov, tanınmış vəkillər - mülki işlər üzrə Natia Rexviaşvili və Zaur Əskərov, cinayət üzrə hüquqi yardımlarda Levan Caluğelaşvili
mərkəzdə soydaşlarımıza təmənnasız xidmətlər göstəriləcəyi qeyd edildi.

Mərkəzin təsisçisi bildirib ki, mərkəz tərəfindən ay ərzində bir neçə dəfə müxtəlif rayon və kəndlərdə soydaşlarmızın hüquqi problemləri ilə yerlərdə maraqlanaraq insanlara hüquqi yardımlar göstəriləcək.

Əli Bədirov eləcə də qeyd edib ki, hüquqi yardım mərkəzi olaraq bir sıra donarlara müraciət olunsa da, hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihəyə dəstək üçün müsbət cavab verib.

Bizimlə əlaqə saxlayın