14 
May
2022
12:14
566

Nazirlik ölkədə buğda ehtiyatının tükənməsinə münasibət bildirdi

Ucuz un ehtiyatları fonunda ölkəyə buğda idxalı un idxalı ilə əvəzlənib, buğda idxalı və buğda ehtiyatları avtomatik azalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Onların sözlərinə görə, ölkədə buğda unu qıtlığının yaranmasına əsas yoxdur.

“Bu gün kifayət qədər ehtiyatımız var, amma buğda yox, un şəklində var. Təxminən ay yarımdan, iki aydan sonra yerli buğda biçini başlayacaq. İyul-avqust ayları dünyada dənli bitkilərin yeni məhsulunun alınma mövsümüdür. Yeni məhsul yeni qiymət siyasətinin hazırlanmasına səbəb olacaq.  Bu gün buğdanın qiyməti kəskin, faktiki olaraq iki dəfə artıb. Ümid edirik ki, qiymətlərdə azalma tendensiyası başlayacaq.  Ona görə də bu müddət ərzində Gürcüstan hökuməti mövcud vəziyyətə uyğun hərəkət edəcək”, - deyə bəyanatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın