13 
May
2022
19:11
404

Ukraynanın müdafiə naziri: "Ukrayna müharibənin uzunmüddətli mərhələsinə daxil olur"

 "Ukrayna Rusiyanı öz hədəflərini əməliyyat və taktiki səviyyəyə endirməyə məcbur edib və müharibənin uzunmüddətli mərhələsinə daxil olur".

InterPress.ge xəbər verir ki, bu barədə
Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“İndi qalib gəlmək üçün biz resursları planlaşdırmalı, səhvlərdən qaçmalı, gücümüzü elə qurmalıyıq ki, düşmən qarşımızda durmasın”, - müdafiə naziri bildirib.

Onun sözlərinə görə, fevralın 24-də Rusiyanın hücumundan sonra Moskva Ukraynanın bir neçə gün ərzində təslim olacağını və Kremlin Ukraynada yeni rus sistemi quracağını gözləyirdi.

Bununla belə, Reznikovun sözlərinə görə, “Ukrayna ordusu və bütün Ukrayna əhalisi işğalçıları dəf edib və onların planlarını puça çıxarıb”.

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri beynəlxalq səviyyədə də mühüm dəyişikliklərin baş verdiyini bildirib.

“Biz tərəfdaşlarımızdan ağır silahlar alırıq. Xüsusilə, Amerikanın 155 mm-lik M777 haubitsaları artıq cəbhədə yerləşdirilib. Üç ay əvvəl bu, qeyri-mümkün hesab olunurdu”, - Reznikov bildirib.

Bizimlə əlaqə saxlayın