13 
May
2022
16:51
344

Baş nazir: "Əhalimizə zəmanət verirəm ki, uzunmüddətli sülh olacaq"

"Əhalimizə zəmanət verirəm ki, uzunmüddətli sülh olacaq, heç cür ikinci cəhbhə, müharibə olmayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri jurnalistin sualına cavab olaraq bu barədə bildirib.

Hokumət başçısının sözlərinə görə, ölkədə inkişaf, quruculuq və sülh olacaq.

“Ölkəmiz və xalqımız Rusiya Federasiyası ilə artıq üç dəfə döyüşüb, bu belə deyilə bilər, çünki 90-cı illər, daha sonra daxili müharibə, vətəndaş müharibəsi, min cür bədbəxtlik keçirdik, daha sonra Avqust müharibəsi baş verdi və bu, ölkə üçün dağıdıcı oldu, ərazilərimizin işğalına səbəb oldu və bu günə qədər davam edir. Əgər bunu yaxşı təhlil etməsək və bu məsuliyyətsiz ritorikanı, məsuliyyətsiz fəaliyyəti, o cümlədən daxili düşmənləri dağıdıcı fəaliyyətini davam etdirsək, çox pis olacaq, amma təbii ki hökumətimiz buna imkan verməyəcək. Biz  əhalimizə zəmanət veririk ki, uzunmüddətli sülh olacaq. Ölkədə ikinci cəbhə, müharibə olmayacaq, əksinə, inkişaf, quruculuq və sülh olacaq", - İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın