13 
May
2022
14:02
1320

Ölkədə unun qiyməti kəskin bahalaşa bilər - AÇIQLAMA

“Ölkədə 10 günlük buğda ehtiyatı qalıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Buğda və Un İstehsalçıları Assosiyasiyasının icraçı direktoru Levan Silaqava bəyan edib.

Onun sözlərinə görə, son bir neçə ayda buğda az idxal olunub və dəyirmanların fəaliyyəti dayanıb.

"Təəssüf ki, 10 günlük buğda ehtiyatları qalıb və növbəti bir neçə gündə fəaliyyət göstərən üç dəyirmanın fəaliyyəti də dayanacaq", -  Silaqava bildirib.

O bildirib ki, iqtisadi profilli nazirliklərlə görüşlər nəticəsiz başa çatdığına və dəyirmanlarda işləyənlərin işlərini itirdiyinə görə assosiyasiya baş nazirlə görüş tələb edir.

“Biz aylardır İqtisadiyyat, Maliyyə və Kənd Təsərrüfatı Nazirliklərinin daxil olduğu işçi qrupunda işləyirik. Vəziyyəti yaxşılaşdıracağına inandığımız vergi rejiminin dəyişdirilməsi ilə bağlı təkliflər vermişdik, ancaq fikir ayrılığı oldu, qərar qəbul olunmadı. Biz indi baş nazirə məktub təqdim etmişik.  Yeganə həll yolu baş nazirlə görüşmək və təklifimizi irəli sürməkdir, çünki həlledici söz baş nazirdədir”, - Silaqava bildirib.

Bizimlə əlaqə saxlayın