12 
May
2022
11:07
2107

Marneulidə kənd sakinləri məscidin tikintisinə icazə verilmədiyi üçün etiraz edirlər - FOTO

Artıq uzun müddətdir ki, Marneli rayonunun Axlı Lələ kəndində məscid tikintisində yaradılan süni problemlərə görə məscid tikintisi dayandırılıb.

InterPress.ge xəbər verir ki, kənd sakinləri 11 may tarixində həmin ərazidə toplaşaraq öz etirazlarını və ciddi narahatçılıqlarını bildiriblər. 

Həmin görüşə Bütün Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov və idarənin əməkdaşları da dəvət olunub. 

Şeyx sakinlərlə görüşündə bu etirazların haqlı olaraq keçirildiyini vurğulayıb. 

Eyni zamanda Şeyx qeyd etdi ki, bu günə qədər istər rayon meriyası istərsə də aidiyyatı orqanlara dəfələrlə şifahi və məktublar yazaraq məscidin tikintisinə icazə verilməsi istənilib. 

"Təəssüf ki, süni problemlər gətirilərək tikinti dayandırılıb. İdarənin son məktubuna Meriyadan verilən cavab isə bu olub ki, tikinti ərazisi qeyri kənd təsərrüfatı deyil, buna görə də ərazinin təyinatı dəyişdirilməlidir. Ümid edirik ki, bu tələbin yerinə yetirilməsindən sonra başqa maneələr çıxmaz", - deyə İgidov bildirib.

Bizimlə əlaqə saxlayın