11 
May
2022
14:41
531

Daxili İşlər Nazirliyi Tbilisi və bölgələrdə narkotik cinayətlərinə görə 17 nəfəri saxladı

Daxili İşlər Nazirliyinin əməkdaşları Baş Prokurorluqla birlikdə son vaxtlar həyata keçirdikləri kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi, Ponicala qəsəbəsi, Acara, Kutaisi və Kaxeti bölgəsində 14 narkotik satıcısı daxil olmaqla toplam 17 nəfəri saxlayıblar.

InterPress.ge  xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

1996-cı il təvəllüdlü, keçmişdə məhkum olmuş və indi şərti sınaqda olan R.P., 1984-cü il təvəllüdlü, keçmişdə məhkum olmuş E.A., 1981-ci il təvəllüdlü D.X., 1976-cı il təvəllüdlü M.Q., 1986-cı il təvəllüdlü İ.T., 1996-cı il təvəllüdlü T.M., 1974-cü il təvəllüdlü V.B., 1981-ci il təvəllüdlü Q.K., həmçinin xarici ölkə vətəndaşları: 1984-cü il təvəllüdlü H.K. və 1986-cı il təvəllüdlü M.N. qanunsuz olaraq narkotik vasitələr almaq-saxlamaq və satmaqda ittiham olunurlar.

1994-cü il təvəllüdlü İ.D., 1997-ci il təvəllüdlü, keçmişdə narkotik cinayətinə görə məhkum olmuş və hazırda şərti sınaqda olan S.Ç., və xarici ölkə vətəndaşları: 1985-ci il təvəllüdlü A.M., və 2002-ci il təvəllüdlü D.K. külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin alınması-saxlanması və satışına cəhd etməkdə ittiham olunur.

1985-ci il təvəllüdlü, əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş və hazırda şərti sınaqda olan 1976-cı il təvəllüdlü V.B. və 1981-ci il təvəllüdlü R.Q. qanunsuz olaraq narkotik maddə almaq və saxlamaqda ittiham olunur.

Külli miqdarda və xüsusi külli miqdarda narkotik vasitələrin qanunsuz alınması-saxlanması, satışı, satışına cəhd, çətənə və ya marixuananı qanunsuz satmaq və qanunsuz olaraq odlu silah almaq-saxlamaq faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı hissələri, habelə 19-260-cı maddənin 4-cü və 5-ci hissələri, 273-cü prima maddənin 8-ci və 236-cı maddənin 3-cü hissəsi ilə istintaq davam edir.

Cinayətlər 20 ilə qədər və ya ömürlük həbslə cəzalandırılır.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər