Polşada öldürüldüyü bildirilən Gürcüstan vətəndaşı sağdır. Gəncin yaxınlarına məlum olub ki, gənc komada olub, o sinə nayihəsindən soyuq silahla yaralanıb və hazırda xəstəxanadadır.
InterPress.ge xəbər verir ki, Polşada yaralanan Gürcüstan vətəndaşı Zuqdidi bələdiyyəsinin İnqiri kəndindəndir.
O, 7 ay əvvəl Polşaya işləməyə gedib. Bu gün 22 yaşı tamam olub.
"Sənin valideynlərinin dözülməz ağrısı sevincə döndü. Ad gününü təbrik edirəm qardaş!", - deyə onun dostları sosial şəbəkədə yazıb.
Xatırladaq ki, dünən gecə Beka Tabağuanın ailəsi ilə əlaqə saxlanılıb və onun yaralanması və öldüyü barədə məlumat verilib.
