Çörəyin qiyməti 10 tetri bahalaşıb
Buğda və un bazarında mövcud qiymətlərlə əlaqədar, Çörəkçilər Assosiasiyası çörəyin qiymətində 10 tetri artım olduğunu təsdiqləyib.
lnterPress.ge xəbər verir ki, bu barədə Assosiasiyanın rəhbəri Malxaz Dolidze bildirib.
“Çörək son bir ayda cəmi 10 tetri bahalaşıb. Səbəb isə unun bahalaşmasıdır. Rusiyadan gətirilən 65-68 lariyə satılan un indi ən azı 75 lariyə satılır. Bazarda ondan ucuz birinci keyfiyyətli un yoxdur. Gürcüstan istehsalı olan una gəlincə, o, 80 laridən aşağı deyil. Bu səbəbdən bəzi istehsalçılar bir sıra çeşidlərdə qiymətləri artırıblar.
Gürcü və Toni çörəyinə gəlincə, mənim burada məlumatım yoxdur. Mindən çox kiçik çörək sexi var və orada ikinci, üçüncü əl un alırlar, vergi sistemi də fərqlidir və həqiqətən vəziyyətin necə olduğunu bilmirəm. Zavod çörəyinin 10 tetri artımını isə təsdiq edirəm.
Onu da bilmənizi istəyirəm ki, Covid pandemiyasından sonra bir qayda olaraq qablaşdırmaya aid olmayan və hətta yay aylarında tövsiyə edilməyən çörəklər, qablaşdırılaraq çıxır. Bu da dəyəri artırır. Gürcüstanda az qala hər şeyin qiyməti 2-3 lari artıb və qəribədir ki, çörəyə əlavə edilən on tetri ölkəni alt-üst edib”, - deyə Dolidze bildirib.


