11 
May
2022
11:09
794

Gürcüstan unu haradan və hansı qiymətə alır?

Gürcüstana buğda unu idxalı təxminən 11 dəfə artıb. 2022-ci ilin mart ayında ölkə ümumi dəyəri 2,589 milyon dollar olan 8724 ton un alıb, ötən ilin eyni dövründə isə məhsulun idxalı 806 ton - 241,7 min dollar təşkil edib.

lnterPress.ge xəbər verir ki, konkret ölkələrə gəlincə, Gürcüstan unu əsasən 2022-ci ilin mart ayında alıb - Rusiyadan, bu da ümumi idxalın 98,7%-ni təşkil edir.

 Fransa, Türkiyə və İtaliyadan isə az miqdarda un alıb.

2021-ci ildə Gürcüstanın buğda unu aldığı 4 ölkə:

Rusiya - 8 612 ton, 2,507 milyon dollara (orta hesabla bir ton - 291 dollar)
Türkiyə - 92 ton, 57,4 min dollara (orta hesabla bir ton - 624 dollar)
İtaliya - 12,5 ton, 14 min dollara (orta hesabla bir ton - 1 166 dollar)
Fransa - 8 ton, 10,2 min dollara (orta hesabla bir ton - 1 275 dollar)

Bizimlə əlaqə saxlayın