10 
May
2022
22:22
2471

Gürcüstan Parlamenti "Ali təhsil haqqında" dəyişiklik layihəsi qəbul etdi- Tələbələr təhsil aldığı müddətdə...

Parlamentin bu gün keçirilən iclasında “Ali təhsil haqqında” qanuna dəyişiklik layihəsinə üçüncü və yekun oxunuşda baxılıb və 81 səslə qəbul edilib.

InterPress.ge xəbər verir ki, layihəni Təhsil və Elm Komitəsinin sədri Qiorqi Amilaxvari təqdim edib.

Qanuna edilən dəyişiklik nəticəsində bakalavr pilləsində təhsil alan tələbəyə təhsil aldığı müddətdə müəllim hazırlığı proqramını seçmək və ondan keçmək, təhsilini başa vurduqdan sonra isə seçdiyi ixtisas üzrə bakalavr dərəcəsi ilə yanaşı, müəllim hazırlığı proqramını seçmək imkanı da veriləcək. Bununla yanaşı tələbə həm də müəllim işləmək hüququ qazanacaq.

Komitə sədrinin sözlərinə görə, müəllim hazırlığı daha qısa müddətdə mümkün olacaq.

Həmçinin, məzunların məşğulluq motivasiyası artacaq.

Bu dəyişiklik bu gün müəyyən kadr çatışmazlığının olduğu kök fənlər adlanan müxtəlif fənn qruplarının müəllimləri üçün hazırlığı nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər