10 
May
2022
18:20
1878

Gürcüstan prezidenti Ədliyyə nazirinin Mixeil Saakaşvili ilə bağlı irəli sürdüyü təklifə münasibətini bildirdi

Gürcüstan prezidenti Ədliyyə Nazirliyinin Mixail Saakaşvilinin klinikaya köçürülməsi təklifini alqışlayır və tam dəstəkləyir.

InterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstan Prezidenti Administrasiyasının bəyanatında deyilir.

“Gürcüstan prezidenti eks-prezidentin səhhəti ilə bağlı bütün tərəflərin- ədliyyə nazirinin, Xalq Müdafiəsi İdarəsinin üzvlərinin və onun yaratdığı tibbi ekspertlər qrupunun, qeyri-hökumət təşkilatlarının və müxtəlif nümayəndələrin verdiyi məlumatlarla tanış olub.

Prezident hesab edir ki, eks-prezidentin sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülməlidir ki, onun səhhəti ilə bağlı nə cəmiyyətdə, nə də avropalı tərəfdaşlar tərəfindən suallar yaranmasın. Söhbət ölkənin nüfuzundan, imicindən gedir və şəffaflıq, böyük diqqət və müşahidə tələb olunur ki, heç bir təhlükə olmasın, sağlamlığı mümkün qədər qorunsun.

"Gürcüstan prezidenti Ədliyyə Nazirliyinin eks-prezidentin klinikaya köçürülməsi təklifini alqışlayır və tam dəstəkləyir", - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın