10 
May
2022
16:46
402

Mixeil Saakaşvili "Vivamedi" klinikasına köçürülməyə razı olduğunu bildirdi

Gürcüstan üçüncü prezidenti Mixeil Saakaşvili müayinə üçün "Vivamedi" klinikasına köçürülməyə razıdır.

InterPress.ge xəbər verir ki, bu barədə "Milli Hərəkat"ın üzvü Koba Nağopia məlumat verib.

Onun jurnalistlərə verdiyi məlumata görə, Saakaşviliyə bu gün müvafiq təkliflə müraciət ediblər, lakin bu gün ailə üzvləri ilə görüş təyin edilib, ona görə də yəqin ki, yaxın günlərdə müayinə üçün köçürüləcək.

"Bu təklif Saakaşvilinin müalicəsi ilə bağlı deyil, müayinə üçün "Vivamedi"yə aparmağı təklif etdilər və yenidən penitensiar müəssisəyə qaytarılacaq. Onu bu gün aparmağı təklif etdilər, ancaq bu gün ailəsini görmək imkanı var idi və buna görə rədd cavabı verməli oldu.

Mixeil Saakaşvili penitensiar müəssisənin nümayəndələrinə bildirdi ki, sabah və ya növbəti günlərdə müayinə üçün getməyə hazırdır", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın