08 
May
2022
23:07
478

InterPress.ge-nin təşkil etdiyi jurnalistika kursları davam edir - FOTO

InterPress.ge xəbər portalının Marneuli ofisində Jurnalistika kursları keçirilir.

InterPress.ge xəbər verir ki, həftələrlə davam edən jurnalistika kursları hal- hazırda da davam edir və layihə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutur.

Layihənin əsas məqsədi Azərbaycanlı icmada  jurnalistika sahəsində mövcud "qıtlığı"aradan qaldırmaqdır.

Kurslarda peşəkar jurnalistlər və müəllimlər kurs iştirakçılarına jurnalistika haqqında geniş məlumatlar verir və tərtib olunan proqram üzrə təlimlər keçirlər.

Jurnalistika kursunda bu günədək keçirilən mövzular bunlardır:

Jurnalist və onun hüquqları;
Jurnalistin qanuni hüquq və vəzifələri;
Jurnalistin hədəf obyektləri;
İcraçı və qanunvericilik orqanlarının fəaliyyətinin işıqlandırılması;
Məhkəmə sisteminin işıqlandırılması;

Sürətli/operativ;

Təsir;

Tanınmışlıq;

Yaxınlıq;

Münaqişə;

Qeyri-adi;
Aktuallıq;
Zərurət.

Qeyd edək ki, InterPress.ge xəbər portalının jurnalistika kursları bitdikdən sonra kurs iştirakçılarına sertifikatlar təqdim ediləcək və iştirakçılar arasında seçim mərhələsi baş tutacaq və mərhələdən keçən kurs istirakçıları işlə təmin olunacaqlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər