08 
May
2022
19:39
543

Gürcüstanda narkotik vasitələri, odlu silahları və döyüş sursatlarını alıb saxlama və daşıma ittihamı ilə 2 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis İdarəsinin Əməliyyat-axtarış bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1978-ci il Də.K. və 1970-ci il təvəllüdlü K.T. qanunsuz olaraq külli miqdarda narkotik vasitə və qaçaqmalçılıq yolu ilə Gürcüstana odlu silah və döyüş sursatı alıb saxlama və daşıma ittihamı ilə yaxalayıblar.

InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayətlər 7 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Nazirliyin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi, yaşayış evləri və nəqliyyat vasitələrinə baxış nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə, 2 tapança və patron götürüblər.

D.K.-nın Avropadan gətirdiyi avtomobilə baxış nəticəsində 3715 ədəd “Subutex”, K.T.-nin evinə baxış zamanı isə 2 ədəd narkotik həb, 3 ədəd həb, 2 ədəd tapança və 57 ədəd patron aşkar edilərək sübut kimi götürülüb.

Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana qanunsuz gətirilməsi, habelə qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi və saxlanması faktları üzrə araşdırma aparılır.”, - bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər