08 
May
2022
11:12
269

Britaniya Ukrayna üçün hərbi və humanitar yardım şəklində əlavə 1,3 milyard funt ayıracaq

Böyük Britaniya Ukrayna üçün hərbi və humanitar yardım şəklində əlavə 1,3 milyard funt ayıracaq.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayır.

Mətbuatın yazdığına görə, qeyd olunan məbləğlə Böyük Britaniya Ukraynaya hərbi və maliyyə dəstəyi göstərmək öhdəliyini ikiqat artırır, bu isə İraq və Əfqanıstandakı münaqişələrdən sonra münaqişəyə görə ayrılan ən yüksək məbləğdir. Bu məbləğ Ukraynaya Britaniyanın fövqəladə hallar üçün istifadə etdiyi ehtiyatlardan köçürüləcək.

“Putinin Ukraynaya vəhşicəsinə hücumu təkcə görünməmiş dağıntılara səbəb olmur, həm də bütün Avropada sülh və təhlükəsizliyi təhdid edir”, – Böyük Britaniyanın baş naziri, Boris Consonun bəyanatında deyilir.

Medianın məlumatına görə, Boris Conson bu ayın sonunda aparıcı müdafiə şirkətlərinin nümayəndələri ilə Ukraynada müharibənin yaratdığı artan tələbata cavab olaraq istehsalın artırılmasını müzakirə etmək üçün görüş keçirəcək.

Bununla yanaşı, bu gün Ukrayna prezidenti Vladimir Zelenskinin də iştirak edəcəyi “Böyük Yeddilik” liderlərinin virtual görüşü planlaşdırılır.

 

 

 

 

Bizimlə əlaqə saxlayın