07 
May
2022
21:16
764

Aİ-nin Gürcüstandakı səfiri Mixail Saakaşvilinin səhhəti ilə bağlı açıqlama verdi

“Mən dəfələrlə demişəm ki, mən həkim deyiləm, faktlar barədə məlumatlı deyiləm və buna görə də müstəqil tibbi tövsiyələr əsasında qəbul edilən qərarları və hərəkətləri alqışlayıram”.

lnterPress.ge xəbər verir ki, Aİ-nin Gürcüstandakı səfiri Karl Harçel keçmiş prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, Saakaşvilinin səhhətinin vəziyyəti və ona müvafiq tibbi xidmətlərin göstərilməsi məhz, Gürcüstan hakimiyyətinin məsuliyyətidir. Harçelin sözlərinə görə, Aİ Saakaşvilinin fundamental hüquqlarının qorunacağını gözləyir.

“Bir daha qeyd etmək istəyirəm ki, biz ilk gündən Avropa İttifaqı üçün nəyin əsas olduğunu vurğulayırıq. Xüsusilə, Mixail Saakaşvilinin sağlamlığına, o cümlədən müvafiq tibbi xidmətə və onun fundamental hüquqlarının qorunmasına görə məsuliyyət Gürcüstan hakimiyyətinin üzərinə düşür.Onlardan gözlədiyimiz budur və biz də onun səhhətinin qiymətləndirilməsinə uyğun hərəkət etmələrini gözləyirik. Mən dəfələrlə demişəm ki, mən həkim deyiləm, faktlar barədə məlumatlı deyiləm və buna görə də müstəqil tibbi tövsiyələr əsasında qəbul edilən qərarları və hərəkətləri alqışlayıram”, - deyə Harçel qeyd edib.

 

 

 

 

Bizimlə əlaqə saxlayın