07 
May
2022
09:44
228

Zelenski Rusiya ilə danışıqların bərpası şərtini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.

Bu barədə InterPress.ge RBC Ukraina”ya istinadən xəbər verir.

Dövlət başçısı həmçinin qeyd edib ki, “Azovstal”da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.

"Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) “bütün körpüləri” dağıtsa da, “bütün körpülərin dağıdılmadığını” hesab edir.

"Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın