06 
May
2022
20:12
438

Batumidə Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilir

"Mişaya azadlıq", "Üçüncü prezidentin həyatı təhlükədədir" – bu şüarlarla “Vahid Milli Hərəkat”ın üzvləri etiraz aksiyası keçirirlər.

InterPress.ge xəbər verir ki, aksiya Batumidə Şota Rustaveli Dövlət Universitetinin qarşısında baş tutub.

İştirakçıların fikrincə, onların əsas tələbi Mixail Saakaşvilini müalicə üçün xaricə aparmaqdır.  Onlar keçmiş prezidentin səhhəti hər gün pisləşdiyinə görə hökuməti günahlandırırlar.

Etirazçıların sözlərinə görə, dinc aksiyalar hər gün müxtəlif üsullarla keçiriləcək.

“18 il əvvəl, mayın 6-da Acarada baş verənləri hamımız xatırlayırıq, universitetin yaxınlığında Acara inqilabı başladı, minlərlə insan toplaşdı. Yadınızdadırmı, Acara vətəndən ayrıldı, Çoloki körpüsü uçuruldu, Acarada Rusiya xüsusi xidmət orqanları hakimiyyətdə idi.

Biz Rusiyanı istəmirik, keçmişə qayıtmaq istəmirik. Ona görə də bugünkü əsas tələbimiz Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin müvafiq müalicə alacağı tibb müəssisəsinə köçürülməsidir. Bu gün simvolikdir, çünki ölkənin yenidən qurulması, qurumların yaradılması Mixail Saakaşvili ilə bağlıdır. Onun həyatının qayğısına qalmağı özümüzə borc bilirik. Hər kəs bilir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Vladimir Putinin şəxsi məhbusudur”, - etirazçılar bildiriblər.

Vahid Milli Hərəkat üzvləri etiraz aksiyasını Acara Hökumət Evinin ərazisində davam edədəklər və orada çadır qurmağı planlaşdırırlar. Hüquq-mühafizə orqanları Batumi Universitetinin yaxınlığında səfərbər olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər