06 
May
2022
13:58
278

Tamar Qabunia: "Tengiz Tsertsvadze vəzifəsində qalır və biz kovid məsələləri üzərində işləməyə davam edirik"

"Tengiz Tsertsvadze vəzifəsində qalır və biz kovid məsələləri, eləcə də bu gün aktual olan məsələlər üzərində işləməyə davam edirik".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Tamar Qabunianın sözlərinə görə, Tengiz Tsertsvadze ilə  gündəlik iş rejimində əlaqələri var. 

“Cənab Tengizlə gündəlik iş münasibətimiz var. Proses normal rejimdə davam edir. O, vəzifəsində qalır və biz gündəlik olaraq kovid problemləri, həmçinin aktual olan məsələlər üzərində işləməyə davam edirik", - Tamar Qabunia bildirib.

Məlumat üçün bildirək ki, mətbuatda Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin istefaya getməsi barədə məlumat yayılıb. Onun izah etdiyinə görə, onu başqaları ilə yanaşı, COVID-in idarə olunması üçün ayrılmış 1 milyard larinin mənimsənilməsində iştirak etməkdə ittiham etməyə çalışırlar.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər