Nino Cilosani: "Həkimlər Saakaşvilinin burada göstərilməyən hansı tibbi yardıma ehtiyacı olduğundan danışsalar, daha əhəmiyyətli olacaq"
"Həkimlər Mixail Saakaşvilinin burada ona göstərilməyən hansı tibbi yardıma ehtiyacı olduğunu və sadəcə olaraq Mixail Saakaşvilinin xaricə aparılması tələbi ilə bəyanatlarında populist görünməməsi barədə danışsalar, daha əhəmiyyətli olacaq - Həqiqətən də bütün bunlara haqq qazandıra bilmirlər".
lnterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü arzusu”nun deputatı Nino Cilosani bildirib.
Onun sözlərinə görə, Mixail Saakaşvilinin yaxınları onu cəzaçəkmə müəssisəsində ona göstərilən tibbi yardımı almağa razı salmağa çalışmalıdırlar.
"Düşünürəmki, Mixail Saakaşvilinin səhhətindən həqiqətən narahat olanların hamısı yəqin ki, belə qənaətə gəlməlidir ki, özünə zərər vermə rejimindən çıxmağı və penitensiar sistemdə ona maksimum tibbi müalicə, kömək və ya göstərilən xidməti almağı məsləhət və xahiş etsinlər. Çünki belə etmək təbii ki, onun sağlamlığına zərər verəcək. Təbii ki, onun yaxınlarının diqqəti Mixail Saakaşvilinin özünü bu manipulyasiya rejimdən çıxmağa inandırmağa yönəldilməlidir çünki, hər bir məhbus üçün təbii ki, cəzaçəkmə müəssisəsində olmaq və onun azadlığının müəyyən dərəcədə məhdudlaşdırılması narahatçılıqdır və ona görə də onun sağlamlığına zərər vurması ağlabatan qərar sayılmayacaq”, - deyə Nino Cilosani bildirib.


