06 
May
2022
10:33
388

Polis həmkəndlisini öldürən şəxsi saxladı

Daxili İşlər Nazirliyinin Samçxe-Cavaxeti Polis İdarəsinin əməkdaşları qəsdən adam öldürmək ittihamı ilə keçmişdə məhkum olmuş 1986-cı il təvəllüdlü A.N.-ni Aşağı Aspindzada saxlayıblar. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, cari il mayın 5-də təqsirləndirilən şəxs Aşağı Aspindzada həmkəndlisi, 1986-cı il təvəllüdlü İ.M.-yə mübahisə zəminində soyuq silahla xəsarət yetirib və İ.M. yerindəcə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları təqsirləndirilən A.N-ni tezliklə hadisə yerinə yaxın ərazidə saxlayıblar. Polis cinayətin silahını - bıçağı sübut kimi götürüb.  Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır.

Bu cinayətə görə 7 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər