15 
Iyn
2020
15:14
2512

Vaşadze: "Kreditlərin ve faizlərin ödənməsi olduğu halda banklar xalqa faizlərin faizini ödətdirir"

"Gürcüstan Milli Bankının aprel hesabatı təsdiqləyir ki, aprel ayında hamımız yoxsullaşdıqda və gəlirimiz azaldıqda, Gürcüstanın bank sektoru 80 milion lari məbləğində gəlir gördü".

InterPress.ge xəbər verir ki, bu barədə Yeni Gürcüstan partiyasının lideri Giorgi Vaşadze deyib.

Vaşadzenin partiyanın ofisində keçirdiyi brifinqdə qeyd edib ki, bu rəqəmlər Gürcüstan maliyyə sektorunun vaxtı keçmiş kreditlər üzrə faizləri çıxartmaq və faiz dərəcələrini sonrakı mərhələdə azaltmaq üçün kifayət qədər ehtiyata sahib olduğunu göstərir.

"Gürcüstan Milli Bankının aprel hesabatı təsdiqləyir ki, aprel ayında hamımız yoxsullaşdıqda və gəlirimiz azaldıqda, Gürcüstanın bank sektoru 80 milion lari məbləğində gəlir gördü. Hansıki 2019-cu ilin aprel ayının göstəricisindən 19 milion lari çoxdur. Bu haqsızlıqdır. Hərkəsin yoxsullaşdığı halda ən əsas baş ağrısı olan kreditlərin ve faizlərin ödənməsi olduğu halda banklar xalqa faizlərin faizini ödətdirir. Faizlərin vaxtı uzadıldı, lakin sonrakı mərhələdə əlavə edildi.

Rəgəmlər göstərir ki, Gürcüstan maliyyə sektorunda vaxtı uzadılmış kreditlər üzrə faizləri çıxartmaq və sonrakı mərhələlərdə faiz dərəcələrini iki dəfə azaltmaq üçün resurslar var. Ölkə hökuməti çıxdıqda və öz biznes maraqları üçün lobbiçilik edəndə və insanlar kasıblaşdıqda biznes subsidiyaları haqqında danışanda bu ədalətsizlikdir", - deyə Giorgi Vaşaze bildirdi.

Bizimlə əlaqə saxlayın