05 
May
2022
22:10
921

Mixeil Saakaşvilinin qardaşı: "Bu başlanğıcdır"

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası Gürcüstan hökumətinin administrasiyası önündə başa çatıb.

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvilinin qardaşı Davit Saakaşvili mitinqin sonunda iştirakçılara gələcək planı təqdim edib.

Davit Saakaşvilinin sözlərinə görə, mayın 6-da Mixail Saakaşvilinin ailəsi Batumidə planlaşdırılan mitinqə qatılacaq, daha sonra Sameqrelo və İmeretiyə baş çəkəcək və nəhayət, Tbilisidə genişmiqyaslı aksiya keçirəcəklər.

"Sabah Batumidə planlaşdırılan mitinqə qatılacağıq. Sameqreloya sonra İmeretiyə gedəcəyik və daha sonra Mişanın həyatını xilas etmək üçün genişmiqyaslı mitinqlə Tbilisiyə qayıdacayıq. Bizim birləşib xilas etməkdən başqa çarəmiz yoxdur. Bu, başlanğıcdır”, - David Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər