05 
May
2022
20:40
392

Tbilisidə Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilir

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək aksiyası Gürcüstan hökumət administrasiyası qarşısında keçirilir.

InterPress.ge xəbər verir ki, Mixeil Saakaşvilinin ailə üzvləri, Vahid Milli Hərəkat və digər siyasi partiyaların liderləri, eks-prezidentin tərəfdarları  aksiyada iştirak edirlər.

Mitinq təşkilatçılarının sözlərinə görə, onların əsas tələbi Mixail Saakaşvilinin yaşamaq hüququnun qorunmasıdır.

"Dövlət hər zaman fundamental hüququn, həyatın müdafiəçisi olmalıdır. Bu halda biz başqa bir şey görürük, onun səhhətinin ağır olması ilə bağlı ombudsmanın ixtisaslı həkimlərinin rəyi var. Onunla görüşən ziyarətçilərdən məlumatımız var- vəziyyət acınacaqlıdır. Gəlin işə qarışaq, hamı onun real fiziki vəziyyətini bilsin. Ona görə toplaşmışıq, bu gün ilk görüşdür və biz davam edəcəyik", - Mixail Saakaşvilinin qardaşı Davit Saakaşvili deyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər